Xəzər Xəbər

Boneyra adasının nümayəndələri Bakıdan dünyaya çağırış edəcəklər VİDEO

Veb TV | 22:00 • 21 Avqust 2024
Boneyra adasının nümayəndələri Bakıdan dünyaya çağırış edəcəklər

Müstəmləkəçilikdən əziyyət çəkən Boneyra adasının nümayəndələri Bakıdan dünyaya çağırış edəcəklər..

Xezerxeber.az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib. O, qeyd edib ki, Niderlandın koloniyası olan Boneyra adası BMT-yə qətnamə layihəsi təqdim edəcək.

Boneyra adasından olan rəsmi nümayəndələr öz sözlərini dünya ictimayyətinə çatdırmaq üçün Azərbaycana yaratdığı şəraitə görə təşəkkür ediblər.

Xatırladaq ki, Boneyra adası oktyabrda BMT-yə qətnamə layihəsi təqdim edəcək. Qətnamə layihəsi adanın kolonizasiya siyahısına əlavə olunmasını özündə əks etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti

Çox oxunanlar