Xəzər Xəbər

Qusar sakini yaşadığı evdən 5 km aralıda güllələnərək ÖLDÜRÜLDÜ VİDEO

Veb TV | 21:05 • 20 Avqust 2024
Qusar sakini yaşadığı evdən 5 km aralıda güllələnərək ÖLDÜRÜLDÜ

İtkin düşən şəxsin meyidi tapılıb.

Xezerxeber.az xəbər verir ki, Qusar rayonunun Hil kəndində itkin düşən şəxsin öldüyü  məlum olub. Məlumata görə Hil kənd sakini 43 yaşlı Ramiq Əhmədov avqust 18-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Ramiq Əhmədov Fövqəladə Hallar Nazirliyinin Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı olub və  təqaüdə çıxıb. Yaxınları onun heç kimlə ədavəti olmadığını, sonuncu dəfə evdən ov itini öyrətmək məqsədilə çıxdığını bildirirlər.

FHN-in Mətbuat xidmətindən bildirilib ki, meyiti tapılan 1981-ci il təvəllüdlü Ramiq Əhmədov   əvvəllər Fövqəladə Hallar Nazirliyində çalışıb və o, öz arzusu əsasında vəzifəsindən azad olunub.

DİN mətbuat xidmətinin quba rəgional qrupundan meyıtdə güllə yarasının olması faktı təsdiqlənib.

Faktla bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Xəbər lenti

Çox oxunanlar