Xəzər Xəbər

Orta ixtisas təhsilli əyani subbakalavrlar qiyabi təhsilə niyə keçə bilmirlər? VİDEO

Veb TV | 21:00 • 20 Avqust 2024
Orta ixtisas təhsilli əyani subbakalavrlar qiyabi təhsilə niyə keçə bilmirlər?

Əyani təhsildən qiyabiyə transfer oluna bilmirlər.

Bununla bağlı bir qrup subbakalavr "Xəzər Xəbərə" müraciət ediblər.

Onlar bildirir ki, hər il ölkə üzrə ali təhsil müəssələrində subbakalavr təhsili üzrə əyanidən qiyabiyə transfer olmaq olurdusa, bu il bu bəzi ixtisaslar üçün mümkün deyil.

Şikayətçilər onu da bildirirdi ki, bəzi ixtisaslar üzrə, ümumiyyətlə, qiyabi təhsil ləğv olunub. İstədikləri isə bu qaydanın növbəti il qəbul olacaqlara şamil olunmasıdır.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov "Xəzər Xəbər"ə müsahibəsində bildirdi ki, sözügedən qanunda ciddi dəyişiklik olmayıb. Hətta qaydalara uyğun olan subbakalavrlar əyani təhsildən qiyabiyə transfer olunublar.

Yalnız öncədən elan edilən şərtləri ödəyə bilməyən tələbələr köçürülmədə iştirak edə bilməzlər.

Şöbə müdiri onu da bildirdi ki, bu ildən 15-ə yaxın universitetdə bəzi qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq. Geologiya, qida, sənaye, neft-qaz, elektrik, metallurgiya kimi mühəndisliklə bağlı ixtisaslarda qiyabi təhsilalma forması da olmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Rubrikanın digər xəbərləri

Xəbər lenti