Xəzər Xəbər

Avtobuslarda şəhərlərarası səyahət etmək istəyənlərin NƏZƏRİNƏ VİDEO

Veb TV | 20:30 • 20 Avqust 2024
Avtobuslarda şəhərlərarası səyahət etmək istəyənlərin NƏZƏRİNƏ

Müasir standartlara cavab verən avtobuslardan yeni istiqamətlərdə istifadə ediləcək.

Xezerxeber.az xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyi  Bakı-Zaqatala, Bakı-Gəncə, Bakı-Şəmkir və Bakı-Mingəçevir şəhərlərarası avtobus marşrutları ilə bağlı elan etdiyi növbəti müsabiqəyə yekun vurub.

Bildirilib ki, məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır. Verilən məlumata görə, bu avtobuslarla gediş haqqı mövcud qaydalara uyğun tənzimlənəcək.

Qeyd edək ki, qurum tərəfindən növbəti mərhələlərdə ölkənin bütün isqtiqamətində komfortlu sərnişindaşıma təmin olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti