Xəzər Xəbər

Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini DAVAM ETDİRİLİR

Veb TV | 09:52 • 19 Avqust 2024
Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərini

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Ötən gün ərzində Muğla-Ula istiqamətində fəaliyyət göstərmiş təyyarə 12 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə meşədəki yanğın ocaqlarına ümumilikdə 114 ton su töküb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar