Xəzər Xəbər

Azərbaycanın bu avtomobil yolu can almaqda DAVAM EDİR VİDEO

Veb TV | 22:00 • 18 Avqust 2024
Azərbaycanın bu avtomobil yolu can almaqda DAVAM EDİR

Mollakənd-Zərdab avtomabil yolunda baş verən qəzada 3 nəfər həyatını itirib.

Xezerxeber.az xəbər verir ki, Mollakənd-Zərdab avtomabil yolu bir neçə il öncə əsəslı təmir olunaraq sürücülərin ixtiyarına verilib. Yol inrastrukturu və yol nişanları yenilənsə də, yoldakı sərt döngələr hələ də qalır.

Bəzi sürücülər isə yolda radar və müşahidə kameralarının sayının çoxaldılmasının tərəfdarıdır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Zərdab-Mollakənd avtomabil yolunda qeydə alınan yol-nəqliyyat hadisələrini bilavasitə hərəkətin təşkili ilə əlqələndirmək doğru deyil. Belə ki, sözügedən yolda ərazi polis orqanlarının əməkdaşları sutkalıq xidmət aparır və sürət həddi 50 kilometr saata endirilib, sərt döngələrdə, təhlükəli sahələrdə isə müvafiq yol nişanları quraşdırılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən o da bildirildi ki, həmin yolda xüsusi texniki vasitələrin tətbiqi nəzərdə tutulub. Belə ki, həmin həmin yolda yaxın vaxtlarda xüsusi texniki vasitələrin quraşdırılmasına başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

MSK daha 20 müraciətə baxacaq
17:00 • 12 Sentyabr 2024