Xəzər Xəbər

Siqaretlə ehtiyatsız davranma daha bir CAN ALDI VİDEO

Veb TV | 22:25 • 18 Avqust 2024
Siqaretlə ehtiyatsız davranma daha bir CAN ALDI

Siqaret kötüyü daha bir can alıb. Yşlı kişi evdə yanaraq dünyasını dəyişib.

Xezerxeber.az xəbər verir ki, faciəvi hadisə səhərə yaxın paytaxtın Nərimanov rayonu Çernyayevski küçəsi 9 ünvanında baş verib.

Üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində mənzillərdən birindən tüstü çıxdığını görən qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər.

Qonşuların sözlərinə görə, yataq xəstəsi olan yaşlı kişi həyat yoldaşı ilə yaşayırmış. Qadın səhər işə gedəndən sonra bədbəxt hadisə baş verib.

Meyit yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Məlumata görə, ümumi sahəsi 36 kv/ m olan mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv/m. sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti