Xəzər Xəbər

Bölgələrdə ağır QƏZALAR VİDEO

Veb TV | 22:00 • 18 Avqust 2024
Bölgələrdə ağır QƏZALAR

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, avqustun 18-i gecə saat 1 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkirdən keçən hissəsində "KamAz" markalı yük avtomobili Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən, 38 yaşlı Şamo Qafarovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil ilə toqquşub. Hadisə nəticəsində "VAZ-2106"da olan sürücü, həmçinin sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Goranboyda da yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Goranboy-Goran yolunda qeydə alınıb. Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusun qarşısına digər avtomobil çıxıb. Nəticədə idarəetmədən çıxan mikroavtobus yol nişanına çırpılıb.

Qəza zamanı 4 nəfər - Saatlı rayon sakinləri 18 yaşlı Aygün Cəfərova, 24 yaşlı Könül Məmmədova, 44 yaşlı Səkinə Yaqubova və 59 yaşlı Səlvinaz Müsrəddinova ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Məlumata görə, qəzaya düşən şəxslər yaxınlarının andiçmə mərasiminə gedirləşmiş.

Bərdədə isə zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Asif Abışov küçəsində qeydə alınıb. Qəza zamanı 3 minik avtomobili toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım avtomobillərinin köməkliyi ilə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar