Xəzər Xəbər

İşğaldan azad olunmuş ərazilərin çirkləndirlməsi ilə bağlı görüntülər araşdırılmağa BAŞLANDI VİDEO

Veb TV | 20:35 • 18 Avqust 2024
İşğaldan azad olunmuş ərazilərin çirkləndirlməsi ilə bağlı görüntülər araşdırılmağa BAŞLANDI

Şuşadan Laçına gedən yolda bulağın ətrafının zibilliyə çevrilməsi ilə bağlı yayılan görüntüllər sosial şəbəklərdə yayılıb.

Xezerxeber.az xəbər verir ki, görüntülər Şuşadan Laçına gedən yolda təbii bulağın ətrafındandır. Sosial şəbəkələrdə qısa zamanda çox sayda izlənən bu görüntülər müzakirələrə səbəb olub. Aydın olur ki, unudulan təkcə tullantılar yox həm də, həmin ərazilərin minlərlə şəhidimizin qanı bahasına azad edilməsidir.

Ekoloq Elman Cəfərli deyir ki, bir zamanlar ayaq basmaq həsrəti ilə yaşadığımız o torpaqları bu gün bu halda görmək təəssüf doğrur.

Ekoloq bildirib ki, yaranmış vəziyyət təkcə o ərazilərdə deyil, bəzi vətəndaşlar Xəzər sahillərindəki çimərlilərə, dağlara, meşələrimizə, istirahət və turizm zonalarına da eyni münasibət sərgiləyirlər.

Qeyd edək ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən görüntülər yerində araşdırılıb və xoşagəlməz vəziyyətin aradan qaldırılması təmin edilib. Ərazidə tullantıların atılmasını qadağan edən lövhələrin quraşdırılması üçün işlərə başlanılıb. Bildirilib ki, Hüquqi məsuliyyətdən öncə milli dəyərlərə hörmət edib, ərazilərimizin təmizliyini qorumalıyıq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar