Xəzər Xəbər

Yevlaxda barmağından əməliyyat olunan uşaq həkim səhvindən ölüb? VİDEO

Veb TV | 21:40 • 17 Avqust 2024
Yevlaxda barmağından əməliyyat olunan uşaq həkim səhvindən ölüb?

Barmağından əməliyyat olunan uşaq ölüb.

Xezerxeber.az-ın xəbərinə görə, Bərdə rayon Hacallı kənd sakini olan Nərminə Kazımova barmağından əməliyyat olunmaq üçün Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Yaxınlarının iddiasına görə, uşağa həkimlər həddindən artıq narkoz verdikdən sonra o dünyasını dəyişib.

Ölən qızın anası İlhamə Əliyeva bildirib ki,uşağının əlində vətər partlayıb. Həkim onu müalicə etdikdən sonra,əməliyyat etməyə qərar verib. Qadın 14 yaşlı övladının ölümündə həkimləri ittiham edir.

Doğmaları onun ölümü ilə barışa bilmədiklərini, adiyyatı qurumların araşdırma aparmalarını istəyirlər.

Yevlax Rayon Mərkəzi Xəstəxanasından baş verən ölüm hadisəsi ilə bağlı bildirildi ki, Nərminə Kazımova xəstəxanaya bilək və əlin digər hissələrinin əzilməsi oynaqların təsnif olunmayan digər zədələnmələrin diaqnozu ilə daxil olub. O, əlin digər barmağının onun vətərinin, bilək və əl səviyyəsində travmasının

bərpası əməliyyatına hazırlanıb. Geniş narkoz zamanı verilən dərmana ani olaraq aneflaktikşok etmiş, aparılan reanimasiyon tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon prokurluğunda araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti