Xəzər Xəbər

77 yaşlı kişinin yaşadığı evdə siqaretlə ehtiyatsız davranması ölümü ilə NƏTİCƏLƏNDİ VİDEO

Veb TV | 21:25 • 17 Avqust 2024
77 yaşlı kişinin yaşadığı evdə siqaretlə ehtiyatsız davranması ölümü ilə NƏTİCƏLƏNDİ

Bakıda bədbəxt hadisə baş verib. Söndürmədiyi siqaret faciəyə səbəb olub.

Xezerxeber.az xəbər verir ki, 77 yaşlı kişi tüstüdən boğularaq ölüb.

Bədbəxt hadisə paytaxtın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 24 ünvanında baş verib. Sözügedən ünvanda tək yaşayan Yuriy Yakolyev siqaretlə ehtiyatsız davrandığından mənzildə yanğın baş verib.

Dərhal yanğınsöndürənlərə də məlumat verilib. Əraziyə gələn yanğınsöndürənlər mənzilin və digər yaşayış sahələrini yanğından mühafizə ediblər.

Qonşular bildirdilər ki, Yuri Yakolyev bir neçə ildir evdə tək yaşayırmış.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar