Xəzər Xəbər

Paytaxtın mərkəzində olan işıqfor niyə 2 ildir işləmir? – RƏSMİ CAVAB VİDEO

Veb TV | 21:20 • 17 Avqust 2024
Paytaxtın mərkəzində olan işıqfor niyə 2 ildir işləmir? – RƏSMİ CAVAB

Paytaxtın mərkəzi küçələrindən birində işıqfor var, amma sakinlər deyirlər ki, 2 ilə yaxındır ki işləmir.

Xezerxeber.az-ın xəbərinə görə, bu yolda hər gün eyni vəziyyət müşahidə olunur.

Texniki nasazlığın yaratdığı narazılıq həm yolu keçən vətəndaşların, həm də avtomobilini qəza vəziyyətindən qorumaq istəyən sürücülərin üzündən hiss olunur.

Bura paytaxtın Yasamal rayonu Cəfər Cabbarlı küçəsi ilə Əlibəy Hüseynzadə küçəsinin kəsişmədir. Hər gün yüzlərlə vətəndaşın istifadə etdiyi bu yolda işıqforun özü var, işığı yox.

Çəkiliş əsnasında o da məlum oldu ki, burada bir yox, iki küçənin kəsişməsində eyni hal yaşanır. Zivərbəy Əhmədbəyov küçəsində də vəziyyət eynidir. İşıqfor quraşdırılıb, ancaq istifadəyə verilməyib.

Məsələ bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, problemin yaxın vaxtlarda həlli ilə bağlı işlər aparılır.

Qeyd olundu ki, paytaxtın küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrininin hərəkət təhlukəsizliyi səviyyəsinin artırılması məqsədilə kompleks tədbirlər aparılır. Bu çərçivədə müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri olan yerlərdə işıqforların quraşdırılması təmin edilir. Bu işlər sözügedən ərazidə də həyata keçirilib. Ərazidəki nizamlayıcının işə salınması üçün texniki tamamlanma işləri aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar