Xəzər Xəbər

Ermənistan Qərbə nə qədər yaxınlaşsa, qonşularından da bir o qədər uzaqlaşır VİDEO

Veb TV | 22:00 • 17 Avqust 2024
Ermənistan Qərbə nə qədər yaxınlaşsa, qonşularından da bir o qədər uzaqlaşır

Ermənistanın silahlandırılması qərb ölkələrinin Cənubi Qafqazla bağlı siyasətinin bir hissəsidir. Bəzi qərb dövlətləri Ermənistanı silahlandırmaqla revanşist qüvvələri cəsarətləndirir və bölgəni yenidən müharibə ocağına çevirməyə çalışır.

Xezerxeber.az xəbər verir ki, Ermənistanın qonşularına qarşı ərazi iddiaları onun təcrid olmasına gətirib çıxarıb. Ölkənin digər dövlətlərin əlaltısına çevrilməsi isə nəinki Azərbaycanla digər qonşu dövlətlərlə də münasibətlərini korlayıb.

Azərbaycan üçün isə mehriban qonşuluq siyasəti, qonşu ölkələrlə münasibətlər prioritetdir,  Çünki bu, regionda sabitliyin əsasıdır. Buna görə bizim Türkiyə ilə də, Rusiya ilə də, İranla da münasibətlərimiz yüksək səviyyədədir. Ermənistanın qərbə yaxınlaşması isə onu regionun imkanlarından uzaqlaşdırır.

Mövcud reallıq isə onu göstərir ki, kənardan regiona müdaxilə daim həmin region üçün qeyri-sabitlik, müharibələr, qarşıdurmalar gətirir. Ermənistanın siyasəti isə onu uçuruma aparır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar