Xəzər Xəbər

Ukraynanın Rusiyaya son hücumlarının PƏRDƏARXASI VİDEO

Veb TV | 21:55 • 16 Avqust 2024
Ukraynanın Rusiyaya son hücumlarının PƏRDƏARXASI

İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Rusiya ərazisində başqa bir ölkənin hərbi kontingenti əks hücum əməliyyatları həyata keçirir, bu əməliyyatlarda NATO və Qərb istehsalı olan texnika və silahlar, o cümlədən Ukrayna ordusunun F-16 qırıcıları iştirak edir. Hazırda bu əməliyyatlar nəticəsində Ukrayna Rusiyanın 82 yaşayış məntəqəsini və ümumilikdə 1200 kv km ərazisini ələ keçirib.

Xezerxeber.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev deyir ki, Azərbaycan öz ərazisi bütövlüyünü bərpa etdiyi və öz ərazisində hərbi əməliyyatlar keçirdiyi vaxtda Fransa başda olmaqla qərb qüvvələri təzyiqini əsirgəmirdi. Hətta bu gün Rusiyanı bombalayan F16 qırıcılarını istifadə etməkdə ittiham etdilər.

Ekspertin sözlərinə görə, Azərbaycanın atdığı addımlar Qərbi narahat edir. Belə çıxır ki, Ukrayna Rusiya ərazisində öz dövlət maraqlarını qoruyanda və 1200 kv km Rusiya ərazisini nəzarət götürəndə ABŞ və Qərb tərəfindən hərtərəfli dəstək alır, Azərbaycan isə Ermənistan ərazisinə daxil olmadan sərhədində plasdarm yaradılmasının qarşısını almaq üçün əməliyyatlar keçirəndə eyni ölkələrin neqativ reaksiyası ilə qarşılasır.

Ədalət Verdiyev əlavə edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı öz fəaliyyətini Borel və ya Makron kimi sağlam məntiqdən uzaq siyasi cəsədlərin əsassız bəyanatlarına görə deyil, Azərbaycanın milli və dövlət maraqları çərçivəsində həyata keçirir. Ermənistan birdəfəlik anlamalıdır ki, atəşkəsin pozulması, Azərbaycan vətəndaşının həyatını itirməsi və ya xəsarət alması, İrəvan üçün heç bir vaxt cəzasız qalmayacaq və buna kimsə mane ola bilməyəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti