Xəzər Xəbər

Qiyməti kəskin artan abituryentlərin test toplularının içərisi niyə dəyişmir? - İddialara CAVAB VİDEO

Veb TV | 21:45 • 16 Avqust 2024
Qiyməti kəskin artan abituryentlərin test toplularının içərisi niyə dəyişmir? -  İddialara CAVAB

Test toplularının qiymətində kəskin artım müşahidə edilir.

Xezerxeber.az xəbər verir ki, test kitabları tez tez yenilənir. Valideynlər isə iddia edir ki, dəyişən təkcə toplunun üz qabığı və qiymətidir.

Ekspertlər bildirir ki, test topluları yeniləndikdən sonra içərisində çox az sayda dəyişiklik olur. Amma kitabın yeni nəşri çıxanda bir sıra probelər də yaranır.

Onların sözlərinə görə, bəzi kurslar öz vəsaitlərini satmaq üçün demək olar ki hər il yeni kitablar çıxarırlar. Repetitorların bu toplulardan istifadəsi nəticəsində  abituryentlər bu vəsaiti almağa məcbur qalır.

Qeyd edək ki, test topluların qiyməti 10-15 manat arasında dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar