Xəzər Xəbər

Xətai sakinləri günlərdir dayandırılan su ehtiyaclarını mağazadan almaqla ödəyirlər VİDEO

Veb TV | 21:30 • 16 Avqust 2024
Xətai sakinləri günlərdir dayandırılan su ehtiyaclarını mağazadan almaqla ödəyirlər

Günlərdir suyun gəlməməsi sakinləri çətin vəziyyətdə qoyub.

Xezerxeber.az xəbər verir ki , söhbət paytaxtın Xətai rayonu Natiq Əliyev küçəsi 46 ünvanından gedir. Sakinlər iddia edirlər ki, 3 gündür su xəttində baş vermiş nasazlıq səbəbindən mənzillərə suyun verilişi dayanıb. Təxminən 10-a yaxın binada suyun olmadığını deyirlər.

Borunun partladığı ərazi rayon sukanal idarəsinin əməkdaşları tərəfindən qazılıb. Hətta həmin vaxt ərazidə gölməçə də yaranıb. Amma nədənsə iş yarımçıq saxlanıb və suyun verilişi də dayandırılıb. Məsələ ilə bağlı Xətai rayon Sukanal İdarəsinə getdik.

O ki, qaldı qazılan hissəyə, Xətai rayon Sukanal İdarəsinin əməkdaşı Əli Məhərrəmli bildirdi ki, orda kiçik təmir işləri görülür, qısa müddət ərzində orda da iş yekunlaşacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar