Xəzər Xəbər

Əhsən Dadaşovun doğum günüdür VİDEO

Veb TV | 20:30 • 16 Avqust 2024
Əhsən Dadaşovun doğum günüdür

Bu gün görkəmli tarzən, Azərbaycan SSR-in Əməkdar artisti Əhsən Dadaşovun doğum günüdür.

Xezerxeber.az xəbər verir ki, unudulmaz tarzənin 100 illik yubileyi qeyd olunub.

Tanınmış incəsənət və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri, yaxınları onun məzarını ziyarət ediblər.

Xalq artisti Mənsum İbrahimov deyib ki, sənətə gəlməyində Əhsən Dadaşovun da rolu böyük olub.

Görkəmli sənətkarın 100 illik yubileyi ilə bağlı Azərbaycanda ilk dəfə olaraq maraqlı bir müsabiqə də keçiriləcək.

Qeyd edilib ki, fitri musiqi qabiliyyətinə malik görkəmli tarzən Əhsən Dadaşovun zəngin yaradıcılıq yolu Azərbaycan musiqisinə xidmətdə keçib. O, musiqi folklorumuzu zənginləşdirən bir çox rəng, mahnı və rəqs havaları bəstələyib. "Rahab", "Şur", "Rast", "Humayun", "Segah" rəngləri bu qəbildəndir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar