Xəzər Xəbər

İnternetin qiymətinin artırılmasının əsası var? - ARAŞDIRMA BAŞLADI VİDEO

Veb TV | 19:38 • 15 Avqust 2024
İnternetin qiymətinin artırılmasının əsası var? - ARAŞDIRMA BAŞLADI

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti internetin qiyməti ilə bağlı araşdırmalara başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, son bir neçə gündür ki, internet qiymətlərinin artması ciddi müzakirələrə səbəb olub.

Şirkətlərin internet qiymətlərini artırmasını qanunsuz hesab edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti araşdırmalara başlayıb. Rəqabət Məcəlləsinin pozulması faktının araşdırılması aylarla davam edə bilər. Maraqlısı burasındadır ki, abonentlər "Aztelekom" MMC və "Baktelekom" MMC-nin xidmətlərindən yararlanır və bu gündən aylıq 18 deyil, 25 manat ödəyirlər.

Hüquqşünas Emil Aslanov deyir ki, tariflər dəyişməsə, ödənilən məbləğ vətəndaşa geri qaytarılacaq.

Hüquqşünas onu da əlavə edir ki, dövlətin adından çıxarılan qərarı icra etməyən şəxslər məsuliyyət daşıyırlar.

Məsələyə "Aztelekom" MMC-də  münasibət  bildirib. Məlumatda qeyd olunur ki, "Aztelekom" MMC tərəfindən internet xidmətlərinin sürətləri və qiymətlərində dəyişiklikləri zəruri edən müvafiq bazar, iqtisadi və kommersiya amilləri barədə məlumatlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilib və 15 avqust 2024-cü il tarixindən bu dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməkdədir. “Aparılan araşdırmanın nəticəsinə müvafiq olaraq bütün növbəti proseslər qüvvədə olan qanunvericilik çərçivəsində həyata keçiriləcək”, -deyə açıqlamada qeyd  edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar