Xəzər Xəbər

Bakıda avtomobil qadını vuraraq öldürüb VİDEO

Veb TV | 22:00 • 15 Avqust 2024
Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda ağır yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Səbail rayonu, Yeni Salyan şosesində Elçin Hüseynovun idarə etdiyi avtomobil qadını vurub.

İlkin araşdırmadan sonra ölən piyadanın Səbail MKİB-də süpürgəçi işləyən 1974-cü il təvəllüdlü Həqiqət Abbasova olması məlum olub. Hadisə şahidləri deyir ki, avtomobilin sürəti həddindən çox olub.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirilib ki, ölümlə nəticələnən yol - nəqliyyat hadisəsi ilə bağlı Səbail rayon polis idarəsində cinayət işi başlanılıb. Müvafiq ekspertizalar təyin olunub. Araşdımanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar