Xəzər Xəbər

AYNA taksilər üçün duracaq yerləri müəyyənləşdirəcək VİDEO

Veb TV | 21:19 • 15 Avqust 2024
AYNA taksilər üçün duracaq yerləri müəyyənləşdirəcək

Bakıda taksilər üçün dayanacaq və nişanlanma xətləri əsasında duracaq məntəqələrinin yerlərini müəyyənləşdiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nizamnaməsində edilən dəyişikliklərdə öz əksini tapıb.

Həmçinin AYNA Bakı şəhərində dövlət, bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərini müəyyənləşdirəcək, onları təşkil və idarə edəcək. Bundan başqa, Agentlik nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edəcək, parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görəcək, o cümlədən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar