Xəzər Xəbər

Qarabağa qayıdış üçün genişmiqyaslı iş aparılır VİDEO

Veb TV | 20:21 • 15 Avqust 2024
Qarabağa qayıdış üçün genişmiqyaslı iş aparılır

İşğaldan azad edilmiş 8 şəhərin Baş Planı hazırlanıb, ümumilikdə, 2036 ailə olmaqla 7901 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.

Xezerxeber.az-ın məlumatına görə, Qarabağa həyatın qayıtması üçün işlər tam sürəti ilə davam etdirilir.

Torpaqlarımız işğaldan azad edildikdən sonra burada bərpa və quruculuq işləri dövlətin əsas prioritetlərindən biri kimi götürülüb. Bəzi işlərə hətta döyüşlərin davam etdiyi müddətdə başlanıb. İlk olaraq elektrik enerjsiinin dayanıqlı verilməsi üçün işlər icra olundu, ardıcıl olaraq yaşayış məntəqələri salındı.

Bugünədək 7 yolun tikintisi başa çatdırılaraq istismara verilib. 27 yol layihəsi üzrə işlər davam etdirilir. Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərində, Zəngilan rayonunun Ağalı kəndində, Laçın rayonunun Zabux kəndində və Ağdərə rayonunun Talış və Suqovuşan kəndlərində ümumilikdə 8 məktəb binası istifadəyə verilib, 12 məktəbin tikintisi və ya əsaslı təmiri işləri davam edir. Sentyabr ayında Xankəndi şəhərində ilkin mərhələdə 800-1000 tələbənin təhsil alacağı Qarabağ Universiteti istifadəyə veriləcək.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə bu günə qədər 152 min hektardan artıq sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar