Xəzər Xəbər

Gəncə Şəhər Stadionunu tikən işçilər maaş ala bilmirlər - İDDİA və CAVAB VİDEO

Veb TV | 21:19 • 14 Avqust 2024
Gəncə Şəhər Stadionunu tikən işçilər maaş ala bilmirlər - İDDİA və CAVAB

Gəncə Şəhər Stadionunun tikintisini icra edən işçilər 5 aya yaxındır ki, maaş ala bilmədiklərini iddia edirlər.

Xezerxeber.az-ın məlumatına görə, onlar aprel ayından bəri işləyirlər, lakin hələ də əməkhaqqı ala bilməyiblər.

Onlar iddia edir ki, dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, alacaqları məbləği vermirlər.

İşçilərin iddialarına görə, onlara verilməli olan ümumi məbləğ 57 min manat təşkil edir.

Məsələ ilə bağlı təmir-tikinti işlərini icra edən "İnşaatçı 3"MMC ilə əlaqə saxladıq. Şirkətdən problemin hansı səbəbdən qaynaqlandığına dair açıqlama verilmədi, lakin bildirildi ki, həftəsonunadək işçilərin əməkhaqları ödəniləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti

Çox oxunanlar