Xəzər Xəbər

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb VİDEO

Veb TV | 19:50 • 14 Avqust 2024
MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb

Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Xezerxeber.az xəbər verir ki, ümumilikdə 5740 namizədin dəvət olunduğu müsahibələr avqustun 22-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı deyib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə zamanı namizədlərə 10 500 vakant yer təqdim olunub: "Əksər fənlər üzrə bu il vakant yerlərdə artım müşahidə olunur. Xüsusilə sertifikasiya prosesindən sonra Azərbaycan dili və ibtidai sinif üzrə ötən illə müqayisədə vakant yerlərin sayı 50 faiz artıb”.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar