Xəzər Xəbər

Yol qəzaları iki nəfərin həyatına son qoydu VİDEO

Veb TV | 19:34 • 14 Avqust 2024
Yol qəzaları iki nəfərin həyatına son qoydu

Qəbələdə idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb, nəticədə sürücü ölub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Qaraməryəm -İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Avtomobilin sürücüsü, rayon sakini Əhməd Rəsulzadənin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Xəsarətlər alan sürücü xəstəxanada ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan  bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı  istintaq aparılır.

Qubada isə piyada vurulub. Quba şəhər ərasində rayon sakini Şamail Yakubov  idarə etdiyi avtomobillə yolu keçən piyada Rük kənd sakini 20 yaşlı Fərid Eldarovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti