Xəzər Xəbər

Təkərlərin hava təzyiqinin düzgün seçilməməsi qəza riskini artırır VİDEO

Veb TV | 20:20 • 14 Avqust 2024
Təkərlərin hava təzyiqinin düzgün seçilməməsi qəza riskini artırır

Avtoqəzaların bir çoxu bəzi hallarda təkərlərdə yaranan nasazlıq səbəbindən olur.

Xezerxeber.az-ın məlumatına görə, mövsümə uyğun olmayan, həddindən çox istifadə edilən təkərlər, həmçinin hava təyziqinin düzgün seçilməməsi ağır yol-nəqliyyat hadisələrini qaçılmaz edir. Təkər təmiri ustası hesab edir ki, sadalanan bu amillər həm də şinlərin istifadə müddətini də azaldır. Bu da sürücülərin qəza riskini artırır.

Usta Burçin Topal deyir ki, təkərlərin hava təzyiqi az olarkən bütün yük avtomobilin alt işlək hissələrinin üzərinə düşür. Belə olduqda təkərlər bir müddət sonra əyilir və maşının alt işlək hissələri sıradan çıxır. Bu da sürücüləri ikiqat xərcə salır.

Burçin Topal onu da əlavə etdi ki, təkər alarkən istehsal tarixi 5 ildən çox olanı almaq qəti qadağandır.

Qeyd edək ki, istehsalçı zavod da hər bir təkərin 60 min kilometr idarə edilməsini tövsiyə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

Xəbər lenti