Xəzər Xəbər

Peşə məktəblərinə maraq artıb - Ali təhsilli şəxslər də peşə təhsili almaq istəyirlər VİDEO

Veb TV | 20:37 • 13 Avqust 2024
Peşə məktəblərinə maraq artıb - Ali təhsilli şəxslər də peşə təhsili almaq istəyirlər

Peşə məktəblərində təhsil almaq üçün maraciət edənlərin sayı kəskin artıb.

Xezerxeber.az-ın məlumatına görə, təkcə 2024-2025-ci tədris ili üçün peşə təhsili müəssisələrinə qəbulun I mərhələsində müraciət edənlərin sayı 27 mini ötüb. Halbuki 2020-ci ildə bu göstərici 12 mindən çox deyildi. Hətta ali təhsilli şəxslər arasında da peşə təhsili almaq istəyənlər var.

Ekspert qeyd edib ki, peşə təhsili almaq istəyən şəxslər əsasən informasiya texnologiyaları, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük verirlər.

Qeyd edək ki, 2024-2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30960 plan yeri üzrə aparılacaq. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında da tələbə qəbulu elektron şəkildə həyata keçirilir. Peşə təhsil pilləsi üzrə boş qalmış plan yerlərinə tələbə qəbulunun 2-ci mərhələsinin 27 avqust-3 sentyabr tarixlərində təşkil olunması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar