Xəzər Xəbər

Elektron əmək müqavilələrinin hansı üstünlükləri olacaq? VİDEO

Veb TV | 19:50 • 13 Avqust 2024
Elektron əmək müqavilələrinin hansı üstünlükləri olacaq?

Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir, kağız daşıyıcılardan elektron sistemə keçid edilir.

Qanunvericiliyə ediləcək dəyişikliyə əsasən, əmək müqaviləsi elektron sənəd formasında bağlanacaq və bildiriş ləğv olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva qeyd edib ki, bu qaydalar yalnız əmək müqavilələrinin bağlanılmasına aid deyil, həm də əmək müqavilələrinə dəyişiklik edilməsinə, eləcə də xitam verilməsi ilə də bağlıdır.

Müfəttişlik rəsmisi əmək kitabçalarının dövriyyədən çıxarılması prosesinə də aydınlıq gətirib. O qeyd edib ki, proses mərhələli şəkildə həyata keçirilək. İlk mərhələdə 2014-cü ilin iyunun 1-dən sonra əmək fəaliyyəti olan şəxslərin əmək kitabçalarının ləğvi nəzərdə tutulub. Bu tarixdən əvvəl əmək fəaliyyətinə başlayan şəxslərin isə stajının müəyyənləşdirilməsi yenə də əmək kitabçaları üzərindən aparılacaq.

Qeyd edək ki, dəyişiklik qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar