Xəzər Xəbər

Bakıda boru partlayıb, içməli su 10 gündür ki, küçəyə axır VİDEO

Veb TV | 21:06 • 13 Avqust 2024
Bakıda boru partlayıb, içməli su 10 gündür ki, küçəyə axır

Bakının Xətai rayonu, Elvin Şükürlü 93 ünvanında 10 gündür ki, su borusu partlayıb.

Xezerxeber.az-ın məlumatına görə, məhəllədə kiçik gölməçlər yaradıb. İsraf edilən içməli su borusunda yaranan  nasazlıq kanalizasiya xətlərini yüklədiyindən küçə üfunət qoxur.

“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən sakinlər deyirlər ki, su borusundakı nasazlıq artıq bir neçə dəfədir, baş verir.

“Xəzər Xəbər”in məsələyə müdaxiləsindən sonra Xətai rayonu, Elvin Şükürlü 93 ünvanına İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin əməkdaşları cəlb olundu.

Xətai rayon Sukanal İdarəsinin Su və  Kanalizasiya şəbəkələri istismarı  idarəsinin rəisi Eldar Bəşirov baş verən hadisənin içməli su xəttdində yaranmış problemdən qaynaqlandığını bildirdi.

Beləliklə, bir neçə saatdan sonra içməli su xəttindəki problem aradan qaldırıldı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar