Xəzər Xəbər

Avtomobil bazarında bu maşınlara tələb artıb VİDEO

Veb TV | 20:11 • 13 Avqust 2024
Avtomobil bazarında bu maşınlara tələb artıb

Yanacaq qiymətlərinin artması avtomobil bazarına təsir edib. Artıq Aİ-95 markalı benzinlə işləyən avtomobilərə tələbat artıb.

Xezerxeber.az-ın məlumatına görə, avtomobil bazarı üzrə ekspertlər deyirlər ki, xüsusilə, Aİ-95 markalı benzinlə işləyən hibrid mühərrikli avtomobillər artıq daha çox satılır. Əvvəllər bu növ yanacaq 2 manata satılırdısa indi litri 1 manat 60 qəpiyə təklif edilir.

Ekspert Sərxan Qədirovun sözlərinə görə, bir neçə ay əvvələ qədər dizel mühərrikli avtomobillərə tələbat çox idi. İndi isə bu avtomobillərin alıcısı azalıb.

Ekspertlərin sözlərinə görə, avtomobil bazarında tədricən canlanma müşahidə edilir. Qiymətlər isə bəzi model və markalarda ucuzlaşıb, ümumilkdə isə kəskin ucuzlaşma müşahidə edilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar