Xəzər Xəbər

Bakıda çoxmərtəbəli binanın lifti 1 aydan çoxdur ki, işləmir VİDEO

Veb TV | 20:48 • 13 Avqust 2024
Bakıda çoxmərtəbəli binanın lifti 1 aydan çoxdur ki, işləmir

Bakının Nizami rayonu, Qara Qarayev küçəsində yerləşən doqquzmərtəbəli binanın liftlərindən biri 1 aydan çoxdur ki, işləmir.

Xezerxeber.az-ın məlumatına görə, liftin işləməməsi bina sakinlərinin işini çətinə salıb, onlar yayın istisində mənzillərinə pilləkənlə qalxırlar.

Bina sakinləri tez bir zamanda liftin düzəldilməsini istəyirlər.

Problemin nədən qaynaqlandığını öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti "Lifttəmir" İstehsalat Birliyinə müraciət etdik. Bildirildi ki, sözügedən liftin nasaz hissəsi artıq bir müddətdir, sifariş olunub. Ehtiyat hissəsinin ölkəyə gəlməsi müəyyən vaxt tələb edir. Lakin yaxın zamanda liftin işlək vəziyyətə gətirilməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar