Xəzər Xəbər

Pirşağı qəsəbəsinin elektrik enerjisi, qazı və suyu niyə tez-tez kəsilir? VİDEO

Veb TV | 21:33 • 13 Avqust 2024
Pirşağı qəsəbəsinin elektrik enerjisi, qazı və suyu niyə tez-tez kəsilir?

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsinin elektrik enerjisi, qazı və suyu tez-tez kəsilir. Odur ki, qəsəbə sakinlər bu vəziyyətdən narazıdırlar.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın nəqliyyat sıxlığında mühüm rol oynayacaq Böyükşor-Pirşağı yeni avtomobil yolunun sonu bu massivdən keçir. Sakinlər deyirlər ki, tikinti işləri səbəbindən qaz, işıq, suyun verilişində fasilələr yaranır.

Sakinlərin iddiasına görə, üstəlik, onlar üçün ərazidə alternativ yol salınmayıb. Yəni layihə icra edilə-edilə onlar həmin yoldan istifadə etməli olurlar.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, həmin ərazidə əvvəllər yol infrastrukturu olmayıb. Başqa sözlə, orada hər şey sıfırdan qurulur. Ərazidə geniş piyada səkiləri, velosiped zolaqları, yaşıllıq zonası nəzərdə tutulur. Kommunikasiya xətləri yolun altına salınır.

Qeyd edək ki, bütövlükdə həmin layihənin noyabr ayının sonunda yekunlaşması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti