Xəzər Xəbər

Basqal yolunda torpaq sürüşməsi baş verib VİDEO

Veb TV | 20:24 • 13 Avqust 2024
Basqal yolunda torpaq sürüşməsi baş verib

İsmayıllının Basqal avtomobil yolunda torpaq sürüşməsi baş verib. Nəticədə yolun bir hissəsində çökmə və çatlar əmələ gəlib.

Xezerxeber.az-ın məlumatına görə, hazırda avtomobillər torpaq sürüşməsinə məruz qalan yolun bir hissəsi ilə hərəkət edirlər.

Sürücülər qeyd ediblər ki, Basqal kəndi turistik zona olduğundan, bu vəziyyət əraziyə gələn qonaqlar üçün də risk yaradır.

Basqal kənd icra nümayəndəliyindən bildirilib ki, məsələ diqqətdə saxlanılır.

9 saylı Yol-İstismar MMC-nin verdiyi məlumata görə, Basqal yolunda sürüşmələr səbəbindən çöküntü baş verib. Yaxın günlərdə yolun təmiri nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti