Xəzər Xəbər

Yol qəzaları nəticəsində iki nəfər həyatını itirib VİDEO

Veb TV | 20:54 • 12 Avqust 2024
Yol qəzaları nəticəsində iki nəfər həyatını itirib

Sumqayıtda avtomobil ağaca çırpılaraq aşıb, sürücü hadisə yerində ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

İdarəetmədən çıxan avtomobilin yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü 33 yaşlı Elşad Musayev həyatını itirib.

Hacıqabulda isə piyada vurulub. Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu, Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Tərtər rayonu, Cəmilli kənd sakini  Nizami Binnətov idarə etdiyi yük avtomobili ilə hərəkətdə olan zaman yol kənarında dayanmış minik avtomobilini, daha sonra isə piyada Ağcabədi rayon sakini 26 yaşlı Nahid Səfərovu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya  çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar