İxtisas seçimi zamanı ödənişli avtomatik proqram təminatı vasitələrindən istifadə təhlükəlidir.
Xezerxeber.az-ın məlumatına görə, proqramdan istifadə üçün vətəndaşlara mesajlar göndərilir.
Dövlət İmthan Mərkəzindən “Xəzər Xəbər”ə bildirilib ki, Mərkəz ixtisas seçimi ilə bağlı kommersiya fəaliyyəti göstərən heç bir şirkətlə əməkdaşlıq etmir və onların hər hansı bir məhsulunda təqdim olunan bu tip məlumatların etibarlılığına təminat vermir.
Odur ki, buna aldanaraq proqramda şəxsi məlumatlarını yazan abituryentlər dələduzların qurbanına çevrilə bilər.
Qeyd edək ki DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə ixtisas qrupları üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı vəsaitlər də nəşr edilib. Bundan əlavə bəzi ərazilərdə ödənişsiz kömək göstərmək üçün müəyyən təhsil müəssisələri ayrılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.