Xəzər Xəbər

Tikinti materialları bahalaşıb VİDEO

Veb TV | 20:07 • 12 Avqust 2024
Tikinti materialları bahalaşıb

Bəzi tikinti materiallarının qiyməti minimum 2-3 manat artıb.

Xezerxeber.az-ın məlumatına görə, satıcılar bildirirlər ki, qiymət artımı əsasən xaricdən gələn məhsullarda müşahidə olunur.

Bu tikinti məhsullarının qiymətini artması xüsusən də təmirli mənzillərin qiymətinə təsirsiz ötüşməyib.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, tikinti materiallarında qiymət nə qədər artırsa, onun yarısı qədər də mənzilin qiyməti artmış olur.

Ekspert bildirib ki, məhsulun bahalaşmasına səbəb həm daşınma xərclərinin artması, həm də mövsümi olaraq tələbatın çoxalmasıdır.

Ekspertin fikrincə, daşınmalar zamanı çəkilən xərclərin qiyməti azalarsa, tikinti materiallarının qiyməti də düşə bilər. Bəzi yerli məhsulların qiymətinin artma səbəbi isə xam malın xaricdən alınmasıdır ki, bu da bir başa məhsulun qiymətinə təsir edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti