Astara rayonunun Vaqo kəndində yaşayan 40-dan çox ailə mavi yanacağın üzünə həsrət qalıblar.
Xezerxeber.az-ın məlumatına görə, qazın olmamasından əziyyət çəkən sakinlər deyirlər ki, bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, hər dəfə onlara ya səbrli olub gözləməyi, ya da ki, öz vəsaitləri hesabına qaz çəkməli olduqlarını bildiriblər.
Əraziyə köçən gündən qazsız qalan sakinlər soyuq qış günlərində evlərini qızdırmaq və mətbəx üçün alternativ vasitələrdən istifadə edirlər.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Novruz Məmmədzadə məsələyə münasibət bildirib.
O da qeyd edilib ki, həmin ərazinin növbəti mərhələdə qazlaşdırılması prosesi gündəmdədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.