Şəkinin şəhər stadionuna kənar şəxslər buraxılmır.
Xezerxeber.az-ın məlumatına görə, stadionun ətrafında yaşayan sakinlər bildirirlər ki, əvvəllər açıq olduğundan xüsusən də qocalar stadionda gəzinti edə bilirdilər. Son iki ildə isə sakinlər stadiona bıraxılmır.
Sakinlərin digər şikayəti isə stadion və ətrafının natəmiz saxlanılmasıdır.
“Şəki Siti” futbol klubunun rəhbəri Elçin Hüseynov qeyd edib ki, artıq dünəndən bütün qapılar bağlanıb. Ətrafda olan zibilliklər təmizlənməyə başlanıb.Təmizlik daxili imkanlar hesabına aparılır. Bundan sonra səliqə yaradılacaq, təmir işləri aparılacaq və yalnız idman üçün xidmət göstəriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.