Xəzər Xəbər

Xarici sürücülük vəsiqəsi ilə Azərbaycanda avtomobil idarə etmək olar? VİDEO

Veb TV | 22:19 • 11 Avqust 2024
Xarici sürücülük vəsiqəsi ilə Azərbaycanda avtomobil idarə etmək olar?

Xarici ölkələrin sürücülük vəsiqəsi ilə Azərbaycanda avtomobil idarə edən şəxslər bəzi qaydaları yerinə yetirməsələr, məsuliyyətə cəlb oluna bilərlər.

Xezerxeber.az-ın məlumatına görə, əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda  müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqdan sonra bir ay müddətində nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsini dəyişdirməlidir. Sürücülük vəsiqəsi dəyişdirildikdə xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsi də həmin şəxsə qaytarılır.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olan ölkələrin vətəndaşları sürücülük vəsiqəsi əsasında respublikamızın ərazisində nəqliyyat vasitələrini idarə etmək hüquqlarına malikdir.

Ölkəmizdə daimi olaraq qalmaq istəyən şəxslər qoyulan vaxt ərazində vəsiqəni dəyişdirməlidir. Əks halda sürücülük hüququ olmayan şəxs hesab edilir.

Qeyd edək ki xarici sürücülük vəsiqələri "ASAN xidmət" mərkəzlərində, imtahansız, 30 manat rüsum ödənilməklə Azərbaycan vəsiqəsinə dəyişdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar