Xəzər Xəbər

Yol qəzaları üç nəfərin ölümünə səbəb olub, yaralılar var VİDEO

Veb TV | 20:35 • 11 Avqust 2024
Yol qəzaları üç nəfərin ölümünə səbəb olub, yaralılar var

Şəkidə yüksək sürət və ehtiyatsızlığın səbəb olduğu qəza ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonu, Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan Zaqatala rayonu, Mosul kənd sakini Ramin Abdullayevin idarə etdiyi  minik avtomobil Həsən Məhəmmədovun idarə etdiyi  yük maşınına çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü Ramin Abdullayev və avtomobildə olan bir nəfər qadın sərnişin hadisə yerində həyatını itiriblər. Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan hər iki meyit xilasedicilər tərəfindən çıxarılaraq hadisə yerinə çağırılmış həkim briqadasına təhvil verilib. Minik avtomobilində olan daha üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Qeyd edək ki, qəza zamanı həyatını itirən  avtomobilin sürücüsü Ramin Abdullayev Zaqatala rayon Polis Şöbəsinin əməkdaşıdır.

Beyləqanda da ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. Beyləqan-Daşburun yolunda hərəkətdə olan iki minik maşınlarının toqquşması nəticəsində Qabil  Xankişiyev həyatını itirib. İmamqulu  Kərimov, Ağa Quliyev, Şəhriyar Hüseynov və Elvin Fərzəliyev xəsarət alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar