Xəzər Xəbər

Qaradağ rayonunda içməli su problemi yaşanır VİDEO

Veb TV | 21:20 • 11 Avqust 2024
Qaradağ rayonunda içməli su problemi yaşanır

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massivdə su problemi yaşanır. Sakinlərin iddiasına görə, yaşadıqları əraziyə 2 ildir ki, içməli su verilmir. Buna görə də məcburi olaraq suyu maşınlar vasitəsilə alırlar.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət də ediblər.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, Lökbatan qəsəbəsində 1-ci massivdən 6-cı massivədək yay aylarında su problemi yaşanır. Həmin ərazi üçün ayrıca nasos stansiyası da tikilib. İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti tərəfindən generator alınıb və quraşdırılıb. Son tamamlanma işləri aparılır. Yaxın müddətdə işlər bitdikdən sonra ərazidə suyun verilməsi yaxşılaşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar