Xəzər Xəbər

Mingəçevirdə doğuş zamanı uşaq ölüb - Ailə həkimləri günahlandırır VİDEO

Veb TV | 20:49 • 11 Avqust 2024
Mingəçevirdə doğuş zamanı uşaq ölüb - Ailə həkimləri günahlandırır

Mingəçevirdə doğuş zamanı uşaq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, əslən Kəlbəcər rayonundan olan və Yevlax rayonunun Səmədabad kəndində məskunlaşan Şəlalə Abdullazadə ilk hamiləliyindən olan uşağı dünayaya gətirmək üçün Mingəçevir şəhər doğum şöbəsinə müraciət edib.

Ötən gün axşam saatlarında xəstəxanaya daxil olan 21 yaşlı qadının yaxınlarının bildirdiyinə görə, 11 saat sonra oğlan uşağı dünyaya gəlib. Onlar iddia edir ki, ana və uşaq doğuşa qədər hər hansı problem yaşamayıblar. Hətta həkimlərdən biri də onları təbrik edərək, sağlam uşağın doğulacağını bildirib. Amma bir neçə saat sonra onlara körpənin ölü doğulması haqda xəbər veriblər. 

Doğum şöbəsinindən baş verən ölüm hadisəsi ilə bağlı bildirildi ki, 39-40 həftəlik olan körpə ölü doğulub.

O da qeyd edilib ki, tibbi ekspertiza təşkil olunub, onun rəyindən sonra səbəb bilinəcək. Ananın vəziyyəti isə kafidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti