Xəzər Xəbər

Abşeronda yolun üzərində evlər inşa edilir VİDEO

Veb TV | 21:21 • 11 Avqust 2024
Abşeronda yolun üzərində evlər inşa edilir

Abşeron rayonunda avtomobillərin hərəkəti üçün ayrılan yolda evlər inşa edilir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət rayonun Məmmədli qəsəbəsi Zülfi Adıgözəlov küçəsindəki avtomobil yolundan gedir.

Sakinlər iddia edirlər ki, rieltorlar yolu zəbt edib və evlər inşa edirlər. Odur ki, ərazidə avtomobillərin hərəkətinə yer qalmır.

Sakinlərin iddiasına görə, məsələ ilə bağlı aidiyyəti qurumların ərazidə aparılan tikinti işlərinin dayandırılması barədə rəyləri var, amma buna əhəmiyyət verən yoxdur.

Məsələ ilə bağlı suallarımızı Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladıq. Bildirildi ki, icra hakimiyyəti tərəfindən qeyd olunan ünvanda aparılan tikinti işlərinə heç bir icazə sənədi verilməyib. Qurumdan o da qeyd olundu ki, əraziyə baxış keçirilib və aparılan tikinti işlərinin dayandırılması ilə bağlı tapşırıq verilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti