Xəzər Xəbər

Qazla işləyən avtomobillərə maraq kəskin azalıb VİDEO

Veb TV | 20:07 • 11 Avqust 2024
Qazla işləyən avtomobillərə maraq kəskin azalıb

Azərbaycanda avtomobillərə qaz avadanlığının quraşdırılmasına və ya zavod istehsalı qaz mühərriki ilə təchiz olunmuş maşınlara maraq kəskin azalıb.

Xezerxeber.az-ın məlumatına görə, qiyməti ucuz, sərfiyyatı qənaətcil olsa da, tələbat yoxdur.  

Bir neçə il əvvəl irihəcmli mühhərikli avtomobillərin sürücüləri arasında qənaət etmək üçün maşınlarına qaz avadanlığı quraşdıranlar az deyildi. İndi isə bu avtomobillərə maraq kəskin azalıb. Ölkəmizdə yanacağın qiyməti dəyişəndən sonra isə bu məsələ yenidən aktuallaşıb. Ustalar deyirlər ki, xüsusilə benzin sərfiyyatı çox olan avtomobillər üçün bir vaxtlar bu yaxşı seçim idi.

Avtomobil ustası Dəniz Ağabəyli deyir ki, ölkəmzidə avtomobillərə qaz quraşdırılması və ya zavod istehsalı qaz mühərriki ilə təchiz olunmuş avtomobillərə maraq kəskin azalıb. Onun sözlərinə görə, buna əsas səbəb sonradan avtomobildə nasazlıqların və əlavə xərclərin yaranmasıdır.

Qeyd edək ki, hazırda Azərbaycanda "Aİ 95" markalın benzinin bir litrinin qiyməti 1 manat 60 qəpik, "Aİ 92" markalı benzinin qiyməti 1 manat 10 qəpik, dizelin qiyməti 1 manat, maye qazın satış qiyməti isə 65 qəpikdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti