Samur-Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsində Abusət Əliyevin idarə etdiyi avtomobil kanala düşüb.
Xezerxeber.az xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, Abusət Əliyev avtomobilini iki gün imiş kreditlə alıbmış. Qonşuları onun batdığı yerdə bir neçə saat axtarış aparsalar da, yalnız avtomobilini taparaq sudan çıxara biliblər. Özündən isə hələ də xəbər yoxdur.
Qeyd edək ki, Abusət Əliyev Vətən müharibəsi iştirakçısı olub. Hazırda axtarış işləri davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.