Zərdabda ağır yol - nəqliyyat hadisəsi olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Zərdab- Mollakəndi avtomobil yolunun Zərdab rayonunun İşıqbağı kəndindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin sürücüsü həmin yolda hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq su kanalına aşıb.
Qəza nəticəsində 2 nəfər həyatını itirib, 6 nəfər xəsarət alıb.
Xəsarət alan 6 nəfər isə Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan bir nəfər sonradan dünyasını dəyişib, bununla da ölənlərin sayı üç nəfərə çatıb.
Faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.