Xəzər Xəbər

Goranboyda 5 nəfər qidadan zəhərlənib VİDEO

Veb TV | 20:52 • 10 Avqust 2024
Goranboyda 5 nəfər qidadan zəhərlənib

Goranboyda qonaqlıq zamanı 5 nəfər qidadan zəhərlənib.

Xezerxeber.az-ın məlumatına görə, səhhətlərində narahatlıq yaranan 1 nəfər 42 yaşlı kişi və 4 yeniyetmə Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, qohum evində məclisdə olan həmin şəxslər müxtəlif qidalar və meyvə yedikdən sonra özlərini narahat hiss ediblər.

Zəhərləndikləri iddia olunan şəxslərin müalicəsi davam etdirilir. Onların həyati təhlükəsinin olmadığı bildirilir.

Qeyd edək ki, zəhərləndikləri iddia olunan yeniyetmələrin iki bacının övladları olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

Xəbər lenti

Çox oxunanlar