Sabunçu rayonu, Ramanı qəsəbəsi, Bünyatzadə küçəsində su borusu partlayıb, evlərə 4 gündür ki, su verilmir. Xezerxeber.az-ın məlumatına görə,
sakinlər bildirirlər ki, su xəttinin partlaması ərazidə hərəkəti çətinləşdirib. Yaranmış problem həm də evlərə suyun verilişində problem yaradıb.
Sakinlərin sözlərinə görə, məsələ ilə əlaqədar aidiyyəti quruma müraciət olunub. Lakin problem hələ də həllini tapmayıb.
Ərazidə apardığımız çəkilişdən sonra problem həll olunub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, Sabunçu rayon Sukanal idarəsinin əməkdaşları sözügedən küçədən keçən su xəttində baş verən qəzanı aradan qaldırıblar. Su təchizatının bərpa olunması istiqamətində işlər davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.