Xəzər Xəbər

Kirayə mənzil bazarında bahalaşma var VİDEO

Veb TV | 20:07 • 10 Avqust 2024
Kirayə mənzil bazarında bahalaşma var

Kirayə mənzil bazarında qıtlıqla yanaşı, bahalaşma da var.

Xezerxeber.az-ın məlumatına görə, hər il olduğu kimi, bu il də yeni tədris ili ərəfəsində kirayə qiymətləri 5-10 % arası artıb. Bununla belə, rieltorlar deyirlər ki, indi Bakının mərkəzində, yəni Səbail və Nəsimidə, həmçinin nisbətən mərkəzdən kənar –Yasamal və Nərimanov rayonlarında kirayə ev tapmaq müşkül məsələdir.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev hesab edir ki, bahalaşmanın və kirayə mənzil qıtlığının səbəbləri təkcə tələbələr yox, paytaxt ərazisində söküntülərin çox olması da təsiredici amillərdəndir. Ekspert bahalaşmanın hələ sentyabr ayının sonuna qədər davam edəcəyini də istisina etmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar