Xəzər Xəbər

Bakıda bir ildən çoxdur ki, quraşdırılmış işıqfor niyə istifadəyə verilmir? VİDEO

Veb TV | 21:16 • 9 Avqust 2024
Bakıda bir ildən çoxdur ki, quraşdırılmış işıqfor niyə istifadəyə verilmir?

Qəzaları azaltmaq, sıxlığı aradan qaldırmaq üçün bir ildən çoxdur ki, quraşdırılmış işıqfor hələ də istifadəyə verilməyib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisindəki iki küçənin kəsişməsindən gedir.

Sürücülər tezliklə işıqforun istifadəyə verilməsini istəyirlər.

Məsələ ilə bağlı əvvəlcə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi ilə əlaqə saxladıq. Bildirildi ki, qeyd edilən ünvandakı işıqforlar mərkəzin balansında deyil.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, paytaxtın küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə kompleks tədbirlər aparılır. Bu çərçivədə müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri olan yerlərdə işıqforların quraşdırılması təmin edilir. Bu işlər sözügedən ərazidə də həyata keçirilib. Nizamlayıcının işə salınması üçün texniki tamamlanma işləri aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti