Xəzər Xəbər

Sel Oğuzda yolu dağıdıb - Sakinlər üçün çətinlik yaranıb VİDEO

Veb TV | 20:33 • 9 Avqust 2024
Sel Oğuzda yolu dağıdıb - Sakinlər üçün çətinlik yaranıb

Güclü yağış nəticəsində yaranan sel suları Oğuz rayonunun Filfilli kəndinin yolunu bərbad vəziyyətə salıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, yolun bu vəziyyətdə olması onların işini xeyli çətinləşdirib.

Sakinlər bildirirlər ki, yolun bərpası ilə bağlı müraciət etsələr də, nəticəsi olmayıb.

Filfilli kənd icra nümayəndəliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı əraziyə baxış keçirib, bundan başqa, problemlə bağlı Oğuz Rayon Suvarma Sistemləri İdarəsinə məlumat verilib, yolun təmiri üçün texnika istənilib. Qeyd edilib ki, kənddə yol və körpülər 4 istiqamətdə dağılıb ki, onlardan 3-ü sakinlərin vəsaiti hesabına təmir edilib.

Oğuz Rayon Suvarma Sistemləri İdarəsindən isə bildirildi ki, hazırda digər ərazilərdə də sellərin yaratdığı fəsadların aradan qaldırılması, tütünçülükdə gündəlik tələb olunan suvarma işlərinin həyata keçirilməsi, kanalların təmizlənməsi istiqamətində işlər getdiyindən texnikalar əsasən həmin istiqamətlərə yönəldilib. Lakin imkan yaranan kimi həmin əraziyə də texnikalar cəlb olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar